AZ

“Rosneft”in ən böyük neft-qaz-kondensat yatağında qaz partlayışı baş verib

İyulun 26-da Rusiya Federasiyasının Yamalo-Nenets Muxtar Dairəsindəki “Rosneft”in ən böyük Şərqi Urenqoy neft-qaz-kondensat yatağında qaz partlayışı baş verib.

Bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

Editor.az bildirir ki, bu barədə “The Moscow Times” Rostexnadzorun məlumatlarına istinadən məlumat yayıb. Bildirilir ki, texnoloji avadanlıqların təmirinə hazırlıq zamanı qaz-hava qarışığının partlaması, ardınca isə yanğın baş verib.

Söhbət Purovski rayonunda “Rospan İnternational” ASC-nin kompleks qaz və kondensat emalı qurğusundan gedir.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr