AZ

Deputata sui-qəsddə şübhəli bilinən şəxs günahsız olduğunu deyib

Ali Radanın keçmiş deputatı İrina Farionu güllələyən Vyaçeslav Zinçenko günahsız olduğunu bildirib.

32gun.az bildirir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

"Mən Farionla heç nə etməmişəm, bu mən deyiləm"  Zinçenko deyib. 

O, əlavə edib ki, Lvova “maraqlı şəhər” olduğu üçün gəlib . Rusiya kəşfiyyat xidmətləri ilə mümkün əlaqələrə dair sualı cavablandırarkən, o, onlara “mümkün qədər mənfi” baxdığını söyləyib. 

İyulun 26-da Zinçenko girov ödəmək imkanı olmadan həbs edilib. 

Radanın keçmiş deputatına sui-qəsd iyulun 19-da baş verib. Farion evinin yaxınlığındakı məbədin ərazisində güllələnib. Həkimlər onu xilas edə bilməyiblər. Ukrayna Ali Radasının keçmiş deputatına sui-qəsd cəhdinə görə məsuliyyəti neonasist qruplaşması öz üzərinə götürüb.

Ayxan 

Seçilən
46
32gun.az

1Mənbələr