AZ

Ağstafada mikroavtobusla VAZ toqquşub: Beş nəfər xəsarət alıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağstafa şəhərində iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.
"Report"un məlumatına görə, "Mercedes-Benz" markalı mikroavtobusla VAZ markalı avtomobilin toqquşması nəticəsində, 2007-ci il təvəllüdlü E.İsmayılzadə, 2006-cı il təvəllüdlü A.Şamxalov, 2009-cü il təvəllüdlü E.Hacıyev, 1987-ci il təvəllüdlü R.Qarayev və daha bir nəfər Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
11
5
oxu.az

10Mənbələr