AZ

Neveşi Osimhen müşayiət edəcək?

PSJ rəhbərliyi heyəti yeniləmək yolunda addımlarını davam etdirir. Artıq növbəti iki oyunçunun keçidinin praktiki olaraq reallaşdığı xəbər verilir.

“Sky Sports”un məlumatına görə, Paris klubu “Benfika”nın yarımmüdafiəçisi Joao Neveşi sıralarına qatmaq üzrədi. Tərəflər keçidlə bağlı razılığa gəlib. Fransa nəhəngi yeni oyunçusu üçün bonuslar da daxil olmaqla 70 milyon avro ödəyəcək. Neves son mövsümdə bütün turnirlərdə 55 matçda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Futbolçunun “Benfika” ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdi.

“Napoli”nin hücumçusu Viktor Osimhen də karyerasını PSJ-də davam etdirə bilər. Fabritsio Romanonun sosial şəbəkə hesabı vasitəsilə yaydığı xəbərə görə, 25 yaşlı futbolçu Fransaya yollanmaq üzrədi. Məşhur insayder PSJ-nin onun transferi ilə bağlı “Napoli” ilə razılığa gəlməyə yaxın olduğunu bildirib. Transfer böyük ehtimalla gələn həftə rəsmiləşəcək və təzminat məbləği 100 milyon avrodan çox olacaq.

Yeri gəlmişkən, 25 yaşlı Viktor ötən mövsüm “Napoli”nin heyətində 32 oyunda meydana çıxıb və 17 qol vurub.

Seçilən
27
football-plus.az

1Mənbələr