AZ

Trampdan SENSASİON İDDİA: “Seçkilərdə uduzsam, III Dünya Müharibəsi başlayacaq” - VİDEO 

Donald Tramp seçkilərdə uduzacağı təqdirdə III Dünya Müharibəsinin başlayacağını proqnozlaşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti və hazırda prezidentliyə namizəd Donald Tramp Donald Tramp Florida ştatındakı Mar-a-Laqodakı iqamətgahında İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib.

"Qalib gəlsək, hər şey çox sadə olacaq. Hər şey çox tez həll olunacaq. Əks halda, bu, Yaxın Şərqdə böyük müharibələr və ola bilsin ki, III Dünya Müharibəsi ilə nəticələnəcək. Siz III Dünya Müharibəsinə indi hamıdan daha yaxınsınız.

İkinci Dünya Müharibəsindən bəri heç vaxt bu qədər yaxın olmamısınız, çünki bizim ölkəmizi bacarıqsız insanlar idarə edir”, - deyə o iddia edib.
 

Bizim.Media
Seçilən
14
bizim.media

1Mənbələr