AZ

Bakı-Sumqayıt yolunun çökməsinin səbəbi məlum oldu -

"Çökmənin əsas səbəbi magistral yolun yaxınlığında mənzil-tikinti şirkəti tərəfindən inşa olunan binalar üçün "Azərsu" ASC-dən alınmış Texniki Şərt əsasında podratçı təşkilat tərəfindən qurulan kanalizasiya xəttinin çəkilişi və son günlərdə havanın yağmurlu keçməsidir".Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bu məlumatı Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov bildirib.O qeyd edib ki, yaranmış çöküntü Bakı-Quba magistral şosesinin köməkçi hissəsindədir."Belə ki, yağış suları asfalt örtüyünün altına keçərək yolun alt qatını (qırmadaş hissəsini) yuyub və nəticədə çöküntü əmələ gəlib.

Bildiririk ki, 27 iyul 2024-cü il tarixdən mənzil-tikinti şirkəti tərəfindən yolun bərpa işlərinə başlanacaq", - deyə S.Qasımov qeyd edib.

Seçilən
8
5
metbuat.az

6Mənbələr