AZ

Ad günü məclisində qan düşdü

"Hadisədən əvvəl Elşənin oğlu Hüseynin doğum günü ilə əlaqədar onların yaşadığı Sumqayıt şəhərinin 4-cü mikrorayondakı mənzilə qonaq gəldim. Hüseynin doğum gününü qeyd etmək üçün Elşənin yaşadığı evdə süfrə açıldı. Məclisdə süfrə arxasında Elşən, Fərqanə, oğlanları Hüseyn, Fərqanənin dayısı Mikayıl, onun arvadı Nazilə, Mikayılın oğlu Elvin olub. Biz süfrə arxasında yemək yeyərkən yeznə barədə söhbət düşdü. Mən dedim ki, "yeznə" sözü eşşəyə deyilir, bizim zonada, yəni Qubada kürəkən deyilir. Lakin Elşən ümumilikdə Quba üçün yeznəyə eşşək deyənləri söydü. Mən ümumi danışaraq söyüş söyməməsini Elşənə bildirdim. Elşənin bu sözü pisimə gəldi. Mən heç nə deməyərək süfrədən qalxıb yataqxanada qaldığım otağa keçdim.

"İçkili olduğumdan, həmçinin Elşənin Quba camaatına qarşı ümumi söyüş söyməsi səbəbindən bıçaqla onu vurmuşam. Mənim Elşəni öldürmək fikrim və ya niyyətim olmayıb. Onu öldürmək istəyim olsaydı bıçaqla bir dəfə deyil, bir neçə dəfə vurardım. Daha sonra özüm Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə gələrək, polisə təslim oldum.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
cebheinfo.az

1Mənbələr