Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Bolqarıstan çempionatında 2024/2025 mövsümünün 2-ci turunun oyunları keçirilib.
Azərbaycanlı futbolçunun komandası “Arda” bu turda “Krumovqrad”la qarşılaşıb. Doğma meydanda baş tutan bu oyun “Arda”nın 1:0 hesablı qələbəsiylə yekunlaşıb.
Hüseynov bu görüşə start heyətdə başlayıb və fasilədə əvəzlənib. O, 31-ci dəqiqədə sarı vərəqə də alıb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 36 rəsmi oyuna çıxıb, 1 qol vurub.
“Arda” 2 turdan sonra 3 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.