AZ

Covanni Qonzales Rusiya Premyer Liqasında

Rusiyanın “Krasnodar” klubu “Malyorka”nın 29 yaşlı sağ cinah müdafiəçisi Covanni Qonzaleslə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı “X” sosial şəbəkəsində jurnalist Xuanmi Sançes paylaşıb. Bildirilir ki, İspaniya klubu “Krasnodar”ın Qonzales üçün 4-5 milyon avroluq təklifini qəbul edib. Qeyd edək ki, uruqvaylı futbolçu 2022-ci ilin yanvarından “Malyorka”da çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 71 oyunda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında 29 yaşlı futbolçunun bazar dəyəri 3 milyon avrodur.      

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
matc.az

1Mənbələr