AZ

“Azərsun” şirkətinə məxsus “Saville” makaronlarının içindən diri siçan balaları çıxdı – VİDEO

Mağazaların birindən alınan makaronun içindən diri siçan balaları çıxıb.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Diri siçan balalarının makaron qablaşdırılmasının içinə necə düşdüyü isə məlum deyil.

Üzləşdiyi acınacaqlı mənzərəni ictimailəşdirən sakin hadisədən təsirlənib.

Yayılmış görüntülərlə bağlı münasibət öyrənmək üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Qurumun Mətbuat Xidmətindən BAKU.WS-ə bildirildi ki, məsələ agentlik tərəfindən nəzarətə götürülüb: “Sosial şəbəkədə yayılan bu görüntü ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
22
editor.az

10Mənbələr