AZ

Alimlər yaşlı insanların sağlamlığının pisləşməsinin səbəbini tapdılar

Tszinan Universiteti və Con Hopkins Universitetinin alimləri müəyyən ediblər ki, yaşlı insanların infeksiyalara qarşı həssaslığının əsasında immunitetə görə cavabdeh olan T-hüceyrələrinin fəaliyyətinin pisləşməsi dayanır.

Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "Aging Research" jurnalında dərc olunub.

Tədqiqat insanın immun funksiyasının təmin edilməsində T-hüceyrələrin (T-limfositlərin) rolu haqqında əvvəllər dərc edilmiş elmi araşdırmaların icmalıdır.

Alimlər yaşlandıqca T-hüceyrələrin yetişməsi üçün lazım olan timusun və ya çəngələbənzər vəzinin dəyişikliklərə məruz qaldığını bildiriblər. Bu, yaşlılarda antigenlərə qarşı immun reaksiyanın azalmasına, infeksiyalara və xərçəngə qarşı həssaslığın artmasına səbəb olur. Bundan əlavə, timusun "qocalması" immunoloji yaddaşa - immun sisteminin orqanizmin əvvəllər qarşılaşdığı bir antigeni tez və məqsədyönlü şəkildə tanımaq qabiliyyətinə mənfi təsir göstərir.

Tədqiqatçıların fikrincə, yaşlı insanların immunitetini "cavanlaşdıran" yeni üsulların öyrənilməsi üçün timusda immun hüceyrələrinin yetişməsi və differensasiyası mexanizmlərini başa düşmək çox vacibdir. Alimlər T-hüceyrələrin bərpasını təşviq edən dərmanların hazırlanmasının nəinki yaşa bağlı xəstəliklərdən qoruya biləcəyini, həm də ömrün uzunluğunu artıra biləcəyini irəli sürüblər.

Seçilən
211
50
musavat.com

10Mənbələr