AZ

Qalmaqallı verilişin yayımı dayandırıldı

"Show TV"də yayımlanan "Dünya gözəllərim tətildə" proqramının yayımı dayandırılıb. 

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Bildirilib ki, kanal özü verilişin yayımını dayandırmaq qərarı alıb. Buna səbəb proqramda yer alan müğənni Bülənt Ərsoyun 2 həftə əvvəl makiyaj ustası Tolqahan Karataşın proqramın çəkildiyi villaya münasibətdə olduğu kişiləri gətirdiyini iddia etməsi olub. Bunun ardından Ərsoy verilişdən uzaqlaşıb. 

Proqramın prodüser şirkəti "Bloom Media" verilişin bölümlərini rəqəmsal platformada və ya yutubda yayımlaya biləcəklərini deyib. Əlavə olunub ki, bununla bağlı yaxın günlərdə qərar veriləcək. 

Qeyd edək ki, layihəyə Ərsoyla yanaşı Banu Alkan, Safiye Soyman və Seray Sever çəkilirdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
35
7
milli.az

8Mənbələr