Amerikalı iş adamı İlon Maskın cinsiyyətini dəyişən və indi özünü Vivian Cenna Uilson adlandıran oğlu bu prosedura icazə verən sənədləri imzalayarkən atasının aldadılması ilə bağlı ittihamlarına cavab verib.
seher.media "NBC News"a istinadən xəbər verir ki, doğulanda və 18 yaşına qədər Ksavye Aleksander olan Vivian homoseksuallığına görə uşaq ikən atasının ona qarşı qəddar olduğunu bildirib. Bundan əlavə, oğulun dediyinə görə, atası onu dəstəkləmirdi, həyatında nadir hallarda iştirak edirdi və tez-tez onu danlayırdı.
"O, soyuqqanlı olub. Çox tez əsəbiləşir, laqeyd və özünəheyrandır", - Vivian bildirib.
Bundan əlavə, qadın xüsusiyyətlərini nümayiş etdirdiyi üçün Maskın ona təzyiq etdiyi və daha çox kişi kimi görünməyə çağırdığı bildirilir.
O, həmçinin Maskın aldanmadığını və oğlunun cinsiyyətinin dəyişdirilməsinə razılıq verəndə nə etdiyini bildiyini iddia edib.
"Düşünürəm ki, o, heç nə deməyəcəyimə və bunu cavabsız qoyacağıma əmin idi", - Uilson atasının bu yaxınlarda dediyi sözlərini izah edib.