AZ

QARABAĞ UNİVERSİTETİ "SÜRƏTLİ UNİVERSİTET" STATUSU QAZANACAQ!

Etibar ƏLİYEV, millət vəkili

Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixli Sərancamı ilə Qarabağ Universiteti yaradıldı. Qarabağ Universitetinin qurulması istiqamətində işlər sürətlə gedir. Qısa zaman kəsiyində xeyli uğurlar qazanılıb. Universitetə yüksək ixtisaslı mütəxəsislərin cəlb olunması təqdirəlayiq haldır. Düşünürəm ki, bu universitet yaxın zamanlarda "Sürətli universitet" statusu qazanacaq.

Dünyada “Sürətli universitet”lərin təcrübəsinin öyrənilməsi istiqamətində xeyli kitablar və məqalələr yazılıb. Son illərdə müxtəlif ölkələrdə yüksək səviyyəli resurslarla təmin olunmuş tədqiqat universitetləri yaradılıb. Paradiqma belədir: Yeni universitetlər yaradılmalı və mövcud olanlar təkmilləşdirilməlidir. Yeni biliklər, innovasiyalar, kəşflər dəyərləndirilməli və bunlar iqtisadi, sosial və texniki inkişafa müncər olunmalıdır. Bütün bu proseslərin əsas drayveri universitetlərdir. 

Universitet çoxsaylı insanların səmərəli fəaliyyəti sayəsində inkişaf edir. Sürətli universitetlər beynəlxalq miqyasda böyük maraq kəsb edir və təcrübələr öyrənilməyə başlanılıb. Yeni sürətli universitetlərin artıq bir neçəsi həm qlobal miqyasda, həm də yerli səviyyədə ölkələrinə fayda verməyə başlayıblar. Yaxın gələcəkdə bu universitetlərin təcrübəsi daha yaxından öyrəniləcək. Belə halda sürətli universitetlər həm də əsas informasiya mənbəyi funksiyasını daşıyacaqlar. Bu yaxınlarda dünyanın ən reytinqli ali məktəbi olan Massaçusets Texnologiya İnstitutununda yeni universitetlərin ilkin konsepsiyası işlənilib, onların uğurları və problemlər müzakirə olunub. İnkişaf etmiş ölkələr ali təhsilin əlçatanlığını təmin etmək üçün yeni tədris müəssisələrinin yaradılmasını qarşıya məqsəd qoyublar. Burada əsas niyyət ali təhsil almaq istəyənlərdə tədris prosesi və kadr hazırlığında praktik fəaliyyətin genişləndirilməsidir. Dünya üzrə yeni yaradılan universitetlərin sayı azdır, lakin tendensiya belədir: onlar tədqiqat universiteti statusunu qazanmalıdırlar. Bu səbəbdən istedadlı tələbəri və peşəkar professor - müəllim heyətinin formalaşdırılması qarşıda duran birinci vəzifədir. Dünyanın aparıcı universitetlərinin inkişafında filantropların ayırdıqları vəsaitin əhəmiyyəti çox böyükdür. Bu səbəbdən universitetlər qısa zaman kəsiyində sürətli inkişafa nail olmuşlar. Bunun özü də bir təcrübədər. Burda əlbəttə ki, ali təhsil sahəsində perspektivləri düşünən, yeni ideyaları olan liderlərin böyük rolu olmuşdur. Düşüncəmə görə, Qarabağ Universitetində "Fizika və elektronika" ixtisasının yaradılması çağımızın tələbidir. Bu istiqamət üzrə;

- kvant kommunikasiya şəbəkələrinin idarəedilməsi;

- nanostruktur və nanometriallar üzrə fiziklər;

- nanotexnologiyalar sahəsində mühəndis-tədqiqatçı mütəxəssislərin hazırlanması ölkəmizdə 4-cü Sənaye İnqilabına töhfələr verə bilər.

"Sürətli universitet"lərin tədris proqramları, laboratoriyaları, tədqiqat mövzularının öyrənilməsi üçün xüsusi laboratoriya yaradılmalıdır.

Seçilən
8
azpolitika.info

1Mənbələr