AZ

Balıqçılar tərəfindən ölü tapılan şəxs partiya sədrinin oğlu imiş – FOTO

Türkiyənin Artvin vilayətində balıqçılar tərəfindən ölü tapılan dalğıc paltarında olan şəxsin AK Partiya Fındıklı keçmiş İlçe sədri Əli Süleyman Toramanın oğlu Rüknettin Toraman olduğu ortaya çıxıb.

Medianews.az xəbər verir ki, Fındıklı rayonundakı Aksu limanından Qara dənizə girən Rüknettin Toraman daha sonra itib.

Arhavi rayonunda balıqçılar dəniz səthində dalğıc paltarında insan cəsədi olduğunu gördükdən sorna Sahil Mühafizəsi və dəniz polisinə məlumat veriblər.

Cəsəd hadisə yerinə gələn Sahil Təhlükəsizlik və polis qrupları tərəfindən sudan çıxarılıb. Daha sonra yarılma üçün xəstəxana meyitxanasına aparılıb. Uzun müddət dənizdə qaldığı müəyyən edilən şəxsin keçmiş AK Partiya Fındıklı İlçe sədri Əli Süleyman Toramanın oğlu Rüknettin Toraman olduğu öyrənilib.

Karadeniz'de

Seçilən
69
medianews.az

1Mənbələr