AZ

Paris-2024: Snayperimiz hədəf önünə keçir

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında güllə atıcılığı yarışlarına start veriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının snayperi Ruslan Lunyov da mübarizəyə başlayacaq.

Snayperimiz pnevmatik tapança ilə 10 m məsafədən hədəfi nişan almağa çalışacaq. O, təsnifat mərhələsində dəqiqliyini yoxlayacaq.

Yarışa Bakı vaxtı ilə saat 12:30-da start veriləcək. Lunyov final mərhələsinə adlamaq üçün ilk 8 yerdən birini tutmağa çalışacaq.

Qeyd edək ki, bu proqramda final mərhələsi sabah keçiriləcək. Mükafatlar uğrunda mübarizə saat 11:30-da başlayacaq.

İdman.biz

Seçilən
48
1
idman.biz

2Mənbələr