AZ

Diananın Paris-2024 sınağı

Bu gün akademik avarçəkənlərin Paris-2024 mübarizəsi start götürəcək.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançısı Diana Dımçenko da Olimpiadada ilk sınağına çıxacaq.

O, 2000 m məsafəyə fərdi yarışda çıxış edəcək. İdmançımız bu gün baş tutacaq təsnifat mərhələsində beşinci qrupda mübarizə aparacaq. Dımçenko 5 iştirakçı arasında ilk “üçlüy”ə düşməyə çalışacaq.

Qeyd edək ki, təsəlliverici mərhələ iyulun 28-də, 1/4 və 1/2 final 29-dan avqustun 1-dək keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
idman.biz

1Mənbələr