AZ

Nazirlik hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti iləəlaqədar əhaliyə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, MilliHidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisindəmüşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinindaha bir neçə gün davam edəcəyi gözlənilir.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyiəhaliyə bir daha müraciət edərək müvafiq təhlükəsizlik qaydalarınariayət etməyə çağırır.

Belə ki, sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəliərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhalyaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı vəmüvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,elektrik dirəyi və naqillərinin, hündür ağacların altındadayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verənyanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərəalaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayətedilməlidir.

Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğununəzərə alaraq xatırladırıq ki, küləkli havada dənizə girməktəhlükəlidir.

İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarınışəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.)danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü,navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altındadaldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildəolduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımınbitməsini gözləmək tövsiyə edilir.

Seçilən
12
49
az.trend.az

10Mənbələr