AZ

Güllələndiyi yerdə mitinq keçirəcək


ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından dövlət başçılığına namizəd Donald Tramp Pensilvaniyada yeni seçki yürüşü təşkil etməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə platformasında məlumat yayıb.
Tramp sonuncu dəfə sui-qəsdə məruz qaldığı Batler şəhərində tərəfdarlarınım qarşısına çıxacağına söz verib.
“Böyük, gözəl bir mitinq üçün Pensilvaniya ştatının Batler şəhərinə qayıdacağam”, - Tramp elan edib.
Lakin eks-prezident onun iştirakı ilə seçki kampaniyasının bu şəhərdə nə vaxt keçiriləcəyini dəqiqləşdirməyib.
Qeyd edək ki, Trampa sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatının Batler şəhərində keçirilən mitinqdə baş verib.
Siyasətçiyə bir neçə dəfə atəş açılıb, qulağı qanlı halda xəstəxanaya aparılıb. Hücum nəticəsində siyasətçinin bir neçə tərəfdarı yaralanıb. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb. Trampa 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. O, Məxfi Xidmət əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Hazırda eks-prezidentə hücumla bağlı istintaq davam edir.
Seçilən
2
1
yeniavaz.com

2Mənbələr