AZ

AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə UEFA-dan təyinat alıb.

“İki sahil” AFFA-nın saytına istinadən xəbər verir ki, o, Türkiyədə yerli "Trabzonspor" və Slovakiyanın “Rujomberok” komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.

Avqustun 1-də Trabzon şəhərində yerləşən “Şenol Güneş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Səfərdəki ilk görüşdə Türkiyə komandası iki cavabsız qolla qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
38
ikisahil.az

10Mənbələr