AZ

FTB Trampla bağlı şübhələrə SON QOYDU

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) sui-qəsd zamanı ABŞ-ın keçmiş prezidenti Donald Trampın qulağına xəsarət yetirən şeyin metal əşya, yoxsa güllə parçaları olması ilə bağlı suallara son qoyub.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bəyanatda “Keçmiş prezident Trampın qulağına dəyən, cinayətkarın silahından atılan bütöv, ya da kiçik parçalara ayrılmış güllə olub” deyə qeyd edilib.

Qeyd edək ki, iyulun 24-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin iclasında FTB direktoru Kristofer Vrey “Trampın sağ qulağına xəsarət yetirən güllə, qəlpə və ya şüşə parçası olub-olmaması ilə bağlı suallar var” deyə qeyd etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
modern.az

2Mənbələr