AZ

Pepe karyerasını başa vurur


Almaniyada keçirilən “Avro-2024”də Avropa Çempionatları tarixinin ən yaşlı futbolçusu adını qazanan portuqaliyalı müdafiəçi Pepe peşəkar karyerasını bitirmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Mənbənin məlumatına görə, 41 yaşlı müdafiəçinin Səudiyyə Ərəbistanı klublarından təklifləri var idi. Danışıqlar da yaxşı gedirdi. Ancaq son anda Pepe peşəkar karyerasını bitirmək istədiyi üçün onları dayandırmağı xahiş etdi.
Qeyd edək ki, bundan əvvəl Pepe ilə İspaniyanın “Selta” klubunun da maraqlandığı barədə xəbər yayılmışdı.
Xatırladaq ki, Pepe 2002-ci ildən peşəkar futbol oynayır. Portuqaliyanın “Maritimo” və “Porto”, İspaniyanın “Real Madrid” və Türkiyənin “Beşiktaş” komandalarında çıxış edib. Pepenin son klubu Portuqaliyanın “Portu” klubu olub. Futbolçu 2019-cu ilin yanvarında azad agent kimi "Beşiktaş"dan “Portu”ya keçib. Ötən mövsüm müdafiəçi bütün turnirlərdə 34 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Real Madrid” klubunun üzvü kimi o, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə Klublararası Dünya Çempionatının və UEFA Super Kubokunun qalibi olub.
O, həmçinin Portuqaliya millisinin tərkibində Avropa çempionu və UEFA Millətlər Liqasının qalibidir.
“Transfermarkt” portal portuqaliyalının qiymətini 500 min avro qiymətləndirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
yeniavaz.com

1Mənbələr