AZ

AİB və ADY Aİ-nin maliyyə dəstəyi ilə dəmir yollarında təhlükəsizliyin artırılması məqsədilə ilk birgə layihəni tamamlayıb

Bakı. Trend:

  • Azərbaycanda dəmir yollarında təhlükəsizliyin artırılması,səyahət müddəti, xərclər və istixana qazı emissiyalarınınazaldılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC AİB-inməsləhət xidmətindən yararlanıb.
  • Bu, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Əlaqəliliküzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları Proqramı” (EPIC)çərçivəsində həyata keçirilən ilk birgə layihədir.
  • Layihədə əsas diqqət Bakı-Böyük Kəsik marşrutu boyunca yerləşəndəmiryolu keçidlərində təhlükəsizliyin təmin edilməsi məsələsinəyönəliaab.

Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanda dəmir yollarınıntəhlükəsizliyinin və etibarlılığının artırılmasına yönəlmiş 10aylıq layihəni başa çatdırıb. “Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığıİnvestisiyaları Proqramı” (EPIC) çərçivəsində həyata keçirilənlayihədə AİB tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı SəhmdarCəmiyyətinə (ADY) məsləhət xidməti göstərilib. Buraya səyahətmüddətinin, xərclərin və istixana qazı emissiyalarının azaldılmasınəticəsində dəmiryolu nəqliyyatının təhlükəsizliyinin artırılmasıüzrə tövsiyələr daxildir.

Layihə çərçivəsində ADY-yə strateji əhəmiyyətə malik olanBakı-Böyük Kəsik marşrutu üzrə mövcud dəmiryolu keçidlərindətəhlükəsizliyin artırılması məqsədilə məsləhət xidməti göstərilib.Sözügedən 503 kilometrlik marşrut paytaxt və Bakı limanını qonşuölkə Gürcüstanın dəmiryolu şəbəkəsi ilə birləşdirir və Qara dənizəqədər davam edir. Bu marşrut Azərbaycanda əsas TEN-T şəbəkəsininbir hissəsidir və “Orta Dəhliz” boyunca yük daşımaları üçün mühüməhəmiyyət kəsb edir.

Avropa İnvestisiya Bankının bu regiondakı fəaliyyətinə məsulolan bankın vitse-prezidenti Tereza Çervinska bildirib: EPICçərçivəsində Avropa İttifaqı daxilində nəqliyyat sektorundaqabaqcıl təcrübələrin Şərq Tərəfdaşlığı regionuna ötürülməsinəyönəlmiş ilk layihənin uğurla başa çatdığını elan etməkdənməmnunuq”. Xanım Çervinska məsləhət qrupunun rəhbərliyi ilə həyatakeçirilən və Azərbaycana, həmçinin regiona fayda verəcək bu mühümlayihənin dəmir yolunda təhlükəsizliyin artırılmasına və ətrafmühitə təsirin minimuma endirilməsinə töhfə verəcəyi ilə bağlıəminliyini bildirib.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko bildirib:“Azərbaycanın strateji-coğrafi mövqeyi, infrastrukturun inkişafınayönəlmiş səylər və artan ticari-iqtisadi əməkdaşlıq potensialıölkəni genişləndirilmiş Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T)kontekstində strateji tərəfdaşa çevirir və bu ölkətəkmilləşdirilmiş bağlantı, daha yaxşı iqtisadi inkişaf və regionalinteqrasiya üçün öz töhfəsini verir. Avropa İttifaqı nəqliyyat vəinfrastruktur üzrə mühüm layihələrdə Azərbaycan və AİB ilə sıxəməkdaşlıq edir. Biz infrastrukturun inkişafı, yaşıllaşdırma,rəqəmsallaşma, eləcə də nəqliyyatın idarə edilməsiningücləndirilməsi üçün kredit və texniki yardım təkliflərini davametdirəcəyik”.

“Dəmir yollarında təhlükəsizliyin artırılması və istixanaqazlarının emissiyasının minimuma endirilməsi sahəsində beynəlxalqəməkdaşlıq ADY üçün prioritetdir və biz bu sahədə tərəfdaşlarımızlaəməkdaşlığı genişləndirəcək, dəmir yolu əməliyyatları vəinfrastrukturunda ən qabaqcıl standartları tətbiq edəcəyik”, -“Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Arif Ağayevbildirib.

EPIC Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) ilə bağlı ŞərqTərəfdaşlığı ölkələrində investisiya layihələrinə dəstək verir.Əsas diqqət nümunəvi TEN-T investisiya fəaliyyət planında və Avropaİttifaqının Şərq Tərəfdaşlığı regionu üçün İqtisadi və İnvestisiyaPlanında qeyd olunan prioritet layihələrə yönəlib. EPIC bulayihələrin Avropa İttifaqı və beynəlxalq maliyyə institutlarınıntələblərinə uyğunluğunu təmin etmək, ətraf mühitə dəyən zərəriminimuma endirməklə yanaşı, təşəbbüslərin investisiya üçün hazırolmasını təmin etməkdə yardım göstərir. Proqram Avropa İttifaqıtərəfindən maliyyələşdirilir və AİB-in Avropa RegionlarındaLayihələri Dəstəkləmək üçün Birgə Yardım üzrə məsləhət proqramı(JASPERS) tərəfindən idarə olunur.

AİB və ADY-nin əməkdaşları layihə çərçivəsində potensial təhlükətörədən dəmiryolu keçidlərini müəyyən etmək üçün birgə çalışıblar.EPIC-in dəstəyi ilə ADY həmçinin, marşrut üzrə nəzarətsiz mal-qaravə piyada keçidlərinin olduğu yerləri müəyyən edib. AİB-in məsləhətxidməti əsasında sözügedən dəmiryolu keçidləri və layihənin növbətiinkişaf mərhələləri üzrə qərarların qəbulu prosesində mühüm roloynayacaq “Layihə üzrə Hesabat” sənədi hazırlanıb. Bundan əlavə,müvəffəqiyyətlə başa çatdırılan layihənin əhəmiyyəti Azərbaycan vəAvrasiya regionu üçün prioritet olan Orta Dəhlizlə əlaqədar olduğuüçün daha böyükdür. Çini Mərkəzi Asiya, Azərbaycan və Türkiyəvasitəsilə Avropa İttifaqı ilə birləşdirən bu dəhlizə daxil olandəmiryolu sektorunda həyata keçirilən layihələr orta vəuzunmüddətli perspektivdə son dərəcə mühim əhəmiyyət kəsb edir.

Əlavə məlumatlar

Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları Proqramı(EPIC) haqqında

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və AİB-in JASPERSməsləhət proqramı tərəfindən idarə olunan EPIC proqramı nəqliyyatəlaqələrinin təkmilləşdirilməsi istiqamətində Şərq Tərəfdaşlığıölkələrinə ödənişsiz məsləhət dəstəyi və texniki yardım təmin edir.Bu proqram Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və DünyaBankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

EPIC çərçivəsində icra olunan layihələr avtomobil, dəmir yolu,hava, su və intermodal nəqliyyat sektorlarını əhatə edir.Layihələrdə əsas məqsəd aşağıdakı kimidir:

  • Səyahət müddəti və xərclərin azaldılması,
  • Problemlərin aradan qaldırılması,
  • Yol təhlükəsizliyinin artırılması,
  • Nəqliyyat infrastrukturunun iqlim dəyişikliyinəuyğunlaşdırılması,
  • Sosial-iqtisadi və ətraf mühit üçün faydaların təminedilməsi.

Hal-hazırda, AİB EPIC çərçivəsində Azərbaycan, Ermənistan,Moldova və Ukraynada 10 layihəyə məsləhət və ya texniki yardımgöstərir.

AİB haqqında

Avropa İttifaqının uzunmüddətli maliyyə institutu olan AİBAvropa İttifaqınin siyasət məqsədlərinə nail olunması məqsədiləetibarlı investisiyaların ayrılması üçün uzunmüddətlimaliyyələşdirmə təmin edir, eləcə də infrastruktur, innovasiya,iqlim və ətraf mühit və KOB-lar kimi dörd prioritet sahədəlayihələri dəstəkləyir.

AİB Qlobal (EIB Global) AİB Qrupun beynəlxalq tərəfdaşlıq vəinkişaf üçün ayrılmıış maliyyə yardımının təsirinin artırılmasındaixtisaslaşmış bir bölməsi olmaqla Avropa Yaşıl Təşəbbüsü (EuropeanGreen Deal), “Global Gateway” və iş yerlərinin yaradılması,dayanıqlı və inklüziv inikişaf kimi Avropa İttifaqının üç əsasprioritetinə töhfə verir. AİB Qlobal Avropa Komandası (Team Europe)çərçivəsində digər çoxtərəfli istiqamətdə fəaliyyət göstərənbanklarla sıx əməkdaşlıq edərək maliyyə institutları və vətəndaşcəmiyyəti ilə birlikdə güclü tərəfdaşlıqları təşviq edir. AİBQlobal Azərbaycanın daxil olduğu Cənubi Qafqaz regionu üzrə AİBRegional Nümayəndəliyi daxil olmaqla, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ofislərivasitəsilə AİB Qrupun fəaliyyətlərini yerli insanlara, şirkətlərəvə qurumlara daha da yaxınlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
az.trend.az

1Mənbələr