AZ

Qırğızıstanda MDB ölkələrindən birində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanıldı


Qırğızıstanda MDB ölkələrindən birində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat mərkəzi məlumat yayıb.
“Milli Təhlükəsizlik Komitəsi tərəfindən həyata keçirilən antiterror tədbirləri zamanı yeraltı terror qruplaşmasının tərkibində MDB ölkələrindən birində terror aktı təşkil etməyə hazırlaşmaqda şübhəli bilinən beynəlxalq terror təşkilatının üzvü saxlanılıb”, - məlumatda qeyd edilib.
Məlumata görə, istintaqın maraqları naminə adı açıqlanmayan şəxsin bütün hərəkətləri messencerlərdən istifadə etməklə terror təşkilatlarından birinin emissarları tərəfindən əlaqələndirilib.
Məlumatda terror qruplaşmasının adı da açıqlanmayıb.
Mətbuat mərkəzinin məlumatına görə, MTK faktla bağlı başlanmış cinayət işi çərçivəsində tərəfdaş kəşfiyyat xidmətləri ilə birlikdə terror qruplaşmasının digər iştirakçılarına qarşı da araşdırmaya başlayıb.
Seçilən
2
2
yeniavaz.com

3Mənbələr