AZ

Tramp güllələndiyi şəhərdə yenidən mitinq keçirəcək

ABŞ-nin keçmiş prezidenti Donald Tramp iyulun 13-də sui-qəsdə məruz qaldığı ərazidə yenidən seçki aksiyası keçirəcəyini bildirib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp sosial media platformasında mitinq üçün Pensilvaniya ştatının Butler şəhərinə qayıdacağını yazıb.
Sui-qəsd cəhdi zamanı həlak olan yanğınsöndürən Kori Komperatore və digər vətənpərvərlərin şərəfinə təşkil ediləcəyi bildirilən mitinqin tarixiylə bağlı məlumat verilməyib.

Tramp paylaşımında “Müharibə, müharibə, müharibə! Təfərrüatlar üçün bizi izləyin” yazıb.




Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində seçki mitinqində kürsüdə çıxış edərkən hücuma məruz qalıb və sağ qulağından xəsarət alıb. Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb, ABŞ Gizli Xidməti isə hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.

Sui-qəsdə cəhd edən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğu açıqlanıb.

Vasif
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
bakupost.az

4Mənbələr