AZ

“Təhsilimi xaricdə davam etdirəcəm” - I qrupun ən yüksək nəticə göstərən ABİTURİYENTİ

İyulun 14-də keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri dünən açıqlanıb. DİM0in məlumatına görə, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Əsədov Rüfət Raqif oğlu və Bakı şəhər 283 saylı orta məktəbin məzunu Məmmədli Əli Faiq oğlu göstərib.

Modern.az I ixtisas qrupu üzrə ən yüksək nəticə toplayan abituriyentlərdən biri - Əli Məmmədli ilə əlaqə saxlayıb.

O bildirib ki, bakalavr təhsilini Bakı şəhərində almaq fikrindədir:

"Bakalavr təhsilimi bitirdikdən sonra magistratura təhsili almaq üçün xaricə getmək istəyirəm”.

Ə.Məmmədli imtahanla bağlı təəssüratlarını bölüşərkən qeyd edib ki, asan heç nə yoxdur:

“Yalnız ciddi şəkildə çalışaraq bütün hədəflərə çatmaq mümkün olur”.

Seçilən
23
6
modern.az

7Mənbələr