AZ

ABŞ-da noyabrın 5-dә keçirilәcәk prezident seçkilәri

Amerika Birlәşmiş Ştatları prezident seçkilәrinә hazırlaşır. Amerikalılar ölkәnin 60-cı prezidentini müәyyәn edәcәklәr. Lakin Donald Trampa edilәn sui-qəsd vә Co Baydenin namizәdliyini geri götürmәsi seçki prosesinin rahat getməyəcəyini göstərir. Demokrat liderlər Trampa qarşı vitse-prezident Kamala Harrisin namizədliyini irəli sürməyə hazırlaşır.

ABŞ yeni prezidentini seçməyə hazırlaşır. Prezident seçkilәri  Nümayəndələr Palatasına seçkilər, Senat seçkiləri və müxtəlif əyalət seçkiləri ilə birlikdə 2024-cü il noyabrın 5-dә keçiriləcək. Respublikaçıların  namizədi Donald Tramp uzun müddətdir tanınır, lakin demokratlar arasında qeyri-müəyyənlik hələ də davam edir. Partiya liderləri Baydenə təzyiq göstәrәrәk namizәdliyini geri götürmәsinә nail oldular. Hazırda partiya üzvlәri Baydenin əvəzinə Kamala Harisin namizәdliyinin irəli sürülməsi mövzusunda razılıq әldә ediblәr. Kamala Harris Demokratların Milli Konqresindә kifayət qədər səs toplaya bilsә Demokratların rəsmi namizədi olacaq. Beləliklə ABŞ-ın 60-cı prezidenti bu iki namizəddən biri olacaq. Təbii ki, öldürülməsələr.

Donald Trampa sui-qəsd cəhdi

ABŞ-da Donald Trampa edilәn sui-qəsd cəhdinin əks-sədası davam edir. Hücumun 20 yaşlı Tomas Metyu Kruks adlı gənc tərəfindən həyata keçirildiyi üzə çıxdı. Bәzilәri Trampın şanslı olduğunu ifadә etsә dә,  bәzilәri onun ‘’ilahi müdaxilә’’ nәticәsindә xilas olduğunu bildirir. Belәliklә Trampın qәhramana çevrildiyini deyә bilәrik. Bunu da qeyd etmәliyik ki, onun hadisәyә verdiyi reaksiya bu nәticәyә gәtirib çıxarmış ola bilәr.

Bu sui-qəsd cəhdi ABŞ-da siyasətin necə zəhərləndiyinin ən yaxşı təzahürü oldu. ABŞ cəmiyyəti çoxdan qütbləşib. İki qrupa bölünmüş  seçicilәr əslində müəyyən dəyərlər ətrafında bir-biri ilə mübarizə aparırlar. Trampizm kimi özünü göstərən mühafizəkarlar Amerikanı birinci yerə qoyan, ailəyə diqqət yetirən, abort və liberal dəyərlərə qarşı olan, homoseksualizmdən uzaq olan bir qrupdur. Digər qrup isә azadlıqsevәrdir, mühacirlər ilə qaçqınları problem kimi görmür və homoseksuallığı yeni həyat tərzi kimi qəbul edir. İndi hər iki tərəf bir-birinə daha da düşmən olub. Trampa qarşı sui-qəsd cəhdi təbii ki, bu vəziyyəti daha da gәrginlәşdirәcәk.

Lakin digər təhlükə dә ABŞ-dakı qayda və Trampın buna qarşı mübarizəsidir. Siyasət və bürokratiyadan tutmuş mediaya qədər Trampın qurulmuş nizama qarşı mübarizə apardığını və yenidən prezident olacağı təqdirdə bunu ləğv etməyə çalışacağını proqnozlaşdırmaq olar. Təbii ki, bu qruplar Trampı böyük təhlükə olaraq görür və nə olursa-olsun, onun prezident olmasına mane olmağa çalışırlar. Məhkəmə sistemini siyasiləşdirərək Trampın qarşısını almaq üçün göstәrilәn sәylәr və hazırkı sui-qəsd cəhdini bu kontekstdə qiymәtlәndirә bilərik. Amma son sözü Amerika xalqı deyəcək.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
trt.net.tr

3Mənbələr