AZ

Bakıda memarlıq əhəmiyyətli 16 binanı nə gözləyir?...

Image

 Bu gün Azərbaycanın hər bölgəsi gözəlləşir, abadlaşır, müasirləşir, dünyanın ən inkişaf etmiş, stabil diyarlarından birinə çevrilir. Ölkə başçısının tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur. Odur ki, son zamanlar ölkədə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri zövq oxşayır, şəhər, kənd və qəsəbələrin simasına əlavə yaraşıq gətirir.

 Paytaxt Bakı ilə yanaşı ölkənin bütün regionlarında böyük quruculuq və abadlıq işləri gedir. Azərbaycan inkişafın bütün sahələrində böyük intibah dövrünə qədəm qoymuşdur. Tarixi baxımdan çox qısa bir zaman kəsiyində əldə edilən bu böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dirçəliş və inkişaf strategiyasının yaradıcılıqla və uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu strategiyanın gerçəkliyə çevrilməsində Yeni dövrün - Qloballaşan dünyanın böyük dövlət xadimi olan Prezident İlham Əliyevin müdrik, qətiyyətli və cəsarətli siyasəti, ölkə başçısı ilə xalq arasında yaranmış sarsılmaz birlik həlledici rol oynayır. Prezident İlham Əliyev demişdir: “Bu, həqiqətdir. Bunu həm biz bilirik, həm Bakıya gələn qonaqlar da qeyd edirlər. Bakıda gözəl parklar salınır, binalar tikilir, bərpa olunur, yollar çəkilir, infrastruktur yaradılır. Bakı doğrudan da dünya səviyyəli gözəl şəhərə çevrilib”.

Prezident İlham Əliyev, hər şeydən əvvəl, çoxlarına nəsib olmayan nadir bir siyasi məktəbin - dahi Heydər Əliyev dövlət idarəçiliyi məktəbinin yetirməsidir. Bu məktəbdə o dahi siyasətçidən məğlubedilməzlik dərsi almış, onun siyasət dünyasının bütün incəliklərinə yiyələnmiş, eyni zamanda, atasına qarşı baş vermiş haqsızlıqlar, təqiblər və xəyanətlərin də şahidi olmuşdur. Təkcə şahidi olmaqla qalmayıb çox gənc yaşlarından dahi rəhbərin üzləşdiyi haqsızlıqlara, xəyanətlərə qarşı mübarizəyə qalxmış, doğma xalqına xidmət etmək üçün atası ilə birlikdə çiyin-çiyinə addımlamış, şərəfli mübarizə yolu keçmişdir.

Bərpa-abadlıq işlərinin 202 tarix-memarlıq abidəsində, o cümlədən tarixi abidələrin reyestrinə daxil edilməsi üçün qeydə alınmış 16 (yeni aşkar olunmuş) memarlıq əhəmiyyətli binada aparılması nəzərdə tutulur.  Dövlət xidməti həyata keçirilən işlərin digər aidiyyəti dövlət orqanları ilə əlaqəli şəkildə aparılmasına nəzarət edir. Hazırda həyata keçirilən işlərin təcili olduğu nəzərə alınaraq, yaranan problemləri yerindəcə operativ həll etmək məqsədilə bir neçə təşkilatın əməkdaşlarından ibarət işçi qrupu yaradılıb. Daimi olaraq müvafiq işlərin aparıldığı tarixi binalara baxış keçirilir, görülən işlər nəzarətdə saxlanılır, abidə qismində qeydə alınan yeni binaların fasadının təhlükəsiz təmizlənməsi təmin edilir. Beləliklə, təmir-bərpa və abadlıq işlərinin tarixi abidələrin memarlıq üslubuna, bədii-estetik görkəminə xələl yetirilmədən aparılmasına ciddi nəzarət olunur. dizayn baxımından müxtəlif kobud müdaxilələrə məruz qalmış fasadların ilkin görkəminə qaytarılması, eyni zamanda, qopmuş, qırılmış yerlərinin bərpası, kommunikasiya xətləri və məişət qurğularının səliqəyə salınması prosesi səylə davam etdirilir. İllər öncə görkəmi dəyişdirilən və ona uyğun olaraq yenidən rənglənən fasadların təmizlənməsi həm də zövq işi kimi təqdirəlayiqdir. Əvvəlcədən daşla üzlənməyən binaların hissələri tikinti zamanı istifadə olunan orijinal rəngə mümkün qədər uyğun gələn rənglə boyanır.

İslamabadın abadlaşdırılmasında Azərbaycan nümunəsindən istifadə olunması görülən uğurlu işlərin birdaha əyani sübutudur. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fikirlərini bu cür ifadə edib: "Mən qeyd etmək istərdim ki, bir qədər əvvəl sizin burada əyləşən ekspertlərinizdən biri tərəfindən hazırlanmış İslamabadın abadlaşdırılması planı təqdim olundu. Üzünüzü göstərmək istərdinizmi? (Bakı Abadlıq Xidmətinin baş direktoru Binnət Əli Qasımov ayağa qalxır - red). O, özünün abadlaşdırma planını təqdim etdi. Biz bu cür planları bəzən İstanbuldan nümunə götürürdük, indi isə Bakıdan nümunə götürürük. Onun komandası bu yaxınlarda İslamabada səfər edəcək. Heyətin rəhbəri bu fürsətdən istifadə edib İslamabadı Bakıya oxşadacaq. Bu, İnşallah, sizə məşhurluq gətirəcək. Mən bir daha Sizə təşəkkürümü bildirmək və fikirlərinizi ifadə etmək üçün söz vermək istərdim. Təşəkkür edirəm." 
Onu da qeyd edək ki,  təmir-bərpa və abadlıq işləri “Bakı Abadlıq Xidməti” MMC tərəfindən aparılır.

 

Eldar Əhmədov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
baki-xeber.com

1Mənbələr