AZ

"Rəqibin qırmızı vərəqə alması oyunun dönüş nöqtəsi oldu" - "Sumqayıt"a qol vurdu və etiraf etdi

"Sumqayıt" Konfrans Liqasının 2-ci təsnifət mərhələsinin "Mehdi Hüseynzadə"də keçirilən ilk oyununda "Fehervar"a uduzdu - 1:2.

"Football-plus.az" xəbər verir ki, Macarıstan təmsilçisinin futbolçusu Tobias Kristensen matç haqda danışıb:

"Düşünürəm ki, rəqibin qırmızı vərəqə alması oyunun dönüş nöqtəsi oldu. Belədə əvvəl hesabı bərabərləşdirdik, sonra qalib gəldik. Ən vacib məsələ zəfər çalmaq idi ki, bunu da bacardıq. Çətin olacağını bilirdik. Çünki beynəlxalq turnirlərdə asan səfər oyunu olmur. Bizim üçün yaxşı nəticədi. Bacaracağımıza inanırdıq. Evdə də ağıllı çıxış edib növbəti mərhələ uğrunda mübarizə aparacağıq. Təbii ki, məqsədimiz qalib gəlmək olacaq".

Qonaqların ilk qolunun müəllifi komandasının qələbəsində pay sahibi olduğuna görə sevinir:

"Baş zərbələriylə məşhur olan futbolçulardan deyiləm. Amma Bedi çox əla ötürmə verdi. Sadəcə, topu tora göndərmək lazım idi. Zərbəmin dəqiq alınmasına görə çox məmnunam".

Xatırladaq ki, cavab görüşü iyulun 31-də keçiriləcək.

KƏNAN BAHADIR
Seçilən
12
football-plus.az

1Mənbələr