AZ

Tramp sui-qəsddən sonra ilk dəfə sarğısız göründü: Həkimi dünyaya çağırış etdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Mar-a-Laqo iqamətgahında İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə sui-qəsddən sonra ilk dəfə sarğısız görünüb .

Publika.az xəbər verir ki, bu barədə “ Daily Mail “məlumat yayıb .

Nəşrin yaydığı yeni görüntülərdə Respublikaçılar Partiyasından prezidentliyə namizədin Pensilvaniyadakı mitinqdə yaralanmasından iki həftə sonra sağ qulağının sağaldığı görünür.

Qəzet Trampın həkimi Ronni Ceksonun sözlərini sitat gətirib: “Mən Amerika xalqını və dünyanın qalan hissəsini prezident Trampın səhhətinin çox yaxşı olduğuna əmin etmək istəyirəm.

Seçilən
34
publika.az

1Mənbələr