AZ

Efiopiyada 3 günlük matəm elan edilib

Efiopiya hökuməti 257 nəfərin həyatını itirdiyi torpaq sürüşməsi ilə əlaqədar 3 günlük matəm elan edildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Efiopiya Xalq Nümayəndələri Məclisi torpaq sürüşməsindən sonra bu gündən etibarən 3 günlük matəm elan etmək qərarına gəlib.
Qərarla dünyanın müxtəlif yerlərində rəsmi binalarda, səfirlik və konsulluqlarda bayraqlar yarıya qədər endiriləcək.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Koordinasiya Ofisindən (OCHA) verilən açıqlamada, dağlıq bölgədə leysan yağışlar nəticəsində baş verən sürüşmə nəticəsində aralarında qadın və uşaqların da olduğu 257 nəfərin həyatını itirdiyi bildirilib. İyulun 21-də ölkənin cənubundakı Qofa və yaralanan 12 adam xəstəxanaya qaldırıldı.
Açıqlamada ölənlərin sayının 500-ə çata biləcəyi bildirilib.Şayəstə Hüseynova

Seçilən
62
50
elchi.az

10Mənbələr