AZ

Ukraynada nə qədər əcnəbi muzdlu döyüşüb?

İki il yarımdır davam edən hərbi əməliyyatlar zamanı 15 minə yaxın əcnəbi muzdlu Ukrayna qoşunlarında xidmət edib. Onların üçdə biri həlak olub.

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu ehtiyatda olan polkovnik-leytenant Vasili Prozorov deyib.

Onun sözlərinə görə, Ukryanada döyüşən əcnəbilər arasında Kastus Kalinovskinin alayı da var. Bu, belaruslu mühacirlərdən ibarət alaydır. Onların sayı təxminən 100 nəfərdir. Bununla yanaşı, 1000-ə yaxın gürcü muzdlu da Ukrayna ordusunda döyüşlərdə iştirak edir.

Prozorov Avropa ölkələrindən, xüsusən də Fransadan olan muzdluların iki yüz nəfər olduğunu bildirib.

Qeyd edək ki, mart ayında Rusiya Müdafiə Nazirliyi Xüsusi Hərbi Əməliyyat başlayandan sonra Ukraynaya 13 387 muzdlu, o cümlədən 2 960 Polşa vətəndaşı gəldiyini açıqlayıb. Həmin tarixə qədər ən 5962 muzdlu əsgərin (ən çox polyakların, 1497 nəfər) məhv edildiyi təsdiqləndib.

Vasif
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
bakupost.az

1Mənbələr