AZ

Qərbin hökmranlığı bu bölgədə çökür: Çin bəyan etdi

Şərqi Çin Universitetinin Rusiya Araşdırmalar Mərkəzinin tədqiqatçısı Cui Henq deyir ki, Asiyada Qərbin hökmran dünya nizamı çökməyə başlayıb.

Publuika.az xəbər verir ki, bu barədə o , Çinin dövlət nəşri olan “Global Times”a danışıb.

Cui Henq vurğulayıb ki, Asiya məsələlərini Asiya ölkələri həll etməlidir və bu tendensiya indi göz qabağındadır.

“Qərbin üstünlük təşkil etdiyi dünya nizamı ən azı Asiya və Avrasiyada dağılmağa başlayıb və qeyri-Qərb ölkələrinin regional proseslərə hakim olmaq üçün ikitərəfli və ya çoxtərəfli əməkdaşlıq tendensiyası var”, - ekspert deyib.

Ekspert əlavə edib ki, Çin və Rusiya NATO-nun “çadırlarının yayılmasının” qarşısını alan Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) əsaslanan regional arxitekturanı dəstəkləyir.

Cəmilə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
publika.az

2Mənbələr