AZ

Məsud Pezeşkianın andiçmə mərasimin vaxtı irəli ÇƏKİLDİ

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın səlahiyyətlərinin icrasına başlama mərasimi sabah - iyulun 28-də keçiriləcək.

Modern.az saytı “Mehr” Agentliyinə istinadən xəbər verir ki, mərasimdə yüksək səviyyəli siyasi və hərbi rəsmilərin iştirakı planlaşdırılıb.

Tədbirdə İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei də iştirak edəcək.

Məlumata görə, Pezeşkianın səlahiyyətlərinin icrasına başlama mərasimi sabah Tehranın İmam Xomeyni Hüseyniyyəsində keçiriləcək.

Yeni seçilmiş prezidentin andiçmə mərasimi yerli vaxtla saat 10:00-da İran telekanalları və "KHAMENEI.IR" və "Leader.ir" saytları vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-u baş tutacaq.


Məsud Pezeşkian iyulun 5-də İranda keçirilən 14-cü prezident seçkilərində qalib gəlib. O, milliyətcə etnik azərbaycanlıdır.

A.Qorxmaz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
modern.az

1Mənbələr