AZ

Olimpiya kəndində kondisionerlər quraşdırıldı

Dünən keçirilən açılış mərasimi ilə Parisdə növbəti Yay Olimpiadasına start verildi.

"Football-plus.az" xəbər verir ki, tarixin ekoloji cəhətdən ən təmiz, “yaşıl” Oyunlarını keçirmək istəyən təşkilatçılar kütləvi narazılıq fonunda geri addım atmalı olub.

“Yahoo Sports”un yaydığı xəbərə görə, olimpiya kəndində kondisionerlər quraşdırılıb. Həmin qaynaq bildirir ki, 10 minə yaxın idmançının yaşayacağı yerdə havanı sərinləşdirmək üçün qurğular işə salınacaq. Halbuki təşkilatçıların ilkin planı fərqli idi. Onlar idmançıların yaşayacağı otel nömrələrində kondisionerdən tam imtinaya qərar vermişdilər ki, atmosferə buraxılan karbon qazının həcmi azalsın. Bir çox idmançılar isə oteldə optimal temperatur təmin olunmayacağı təqdirdə olimpiya kəndini tərk edəcəkləri ilə bağlı təhdid yağdırırdı.

“L'Equipe” isə idmançıların olimpiya kəndindəki yemək qıtlığından narazı olduğunu yazır. Bu nəşrə inansaq, cümə axşamı səhər yeməyində yumurta sayına məhdudiyyət qoyulub. Atletlər həmçinin qida məhsullarının çatdırılması sürətindən gileylənirlər. Olimpiya kəndində qida təminatı ilə məşğul olan şirkətdən problemin olduğunu və onun həlli yolunda fəal iş getdiyini bildiriblər.

Bu arada İsveçin stolüstü tennis yığmasının üvləri olimpiya nəqliyyatındakı havasızlıqdan şikayətləniblər. Milli komanda məşq etdiyi yerə gedib-gəlmək üçün 1 saat 20 dəqiqə sərf edir. Kişilərdən ibarət yığmanın məşqçisi Yorgen Persson bildirib ki, avtobuslarda kondisioner çox vaxt işləmir, bu üzdən havasızlıqdan nəfəs almaq olmur.

İseveçin qadınlardan ibarət tennis komandasının çalışdırıcısı Tobias Berqman isə idmançıların Hindistandakından daha pis durumlü üzləşdiyini qeyd edib:

“Gündə iki dəfə 40 dəqiqəlik səfərə çıxırıq. Düzünü desəm, burda hava Hindistandakı ilə müqayisədə daha istidi. Belə davam etsə, adamlar avtobuslarda huşunu itirəcək”.

İran Olimpiya Komitəsinin baş katibi Manaf Haşemi də ümumi narazılıqla bağlı maraqlı açıqlama verib:

“Texniki məsələlərə həll olunan bütün səhər iclaslarında 207 ölkədən ən azı 50-si qidalanma və Parisdə nəqliyatın durumu ilə bağlı qəzəbini ifadə edir”.

Yeri gəlmişkən, dünən Bakı vaxtı ilə saat 12.30-da Olimpiada ilə bağlı mətbuat konfransı keçirilməliydi. Ancaq həmin vaxta cəmi 20 dəqiqə qalmış Oyunların təşkilat komitəsi heç bir izahat vermədən mətbuat konfransını ləğv edib. Olimpiada ərəfəsində dəmir yolunda da təxribat olub, sürət qatarlarının hərəkəti iflic olub.

Məlumata görə, naməlum şəxslər üç xətt üzrə siqnal şkaflarını və kabelləri zədələyib. Gecikmələr təxminən 800 min sərnişinə təsir edib. Parisdən Londona yollanan "Eurostar" qatarları ləğv edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
football-plus.az

1Mənbələr