AZ

Azərbaycan idmançısından uğurlu start - Paris-2024

style='margin-bottom:10px;'>

Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycanı akademik avarçəkmədə təmsil edən Diana Dımçenko təsnifat mərhələsindən mübarizəyə qoşulub.

QOL.az-ın xəbərinə görə, ikiqat Avropa çempionu olan 34 yaşlı Dımçenko 2000 metr məsafəyə fərdi yarışda iştirak edib.

İdmançımız 5 nəfərin mübarizə apardığı qrup yarışında 3-cü yeri tutaraq 1/4 finala yüksəlib. O, məsafəni 7 dəqiqə 52.59 saniyəyə qət edib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
4
teleqraf.com

5Mənbələr