AZ

““Əlimdən gələni etməyə çalışdım - İstər-istəməz həyacan var idi”

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, o, qrup mərhələsindəki ilk oyununda He Bin Çzyao (Çin) ilə üz-üzə gəlib.

Qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə bitib - 0:2 (8:21, 7:21)

Keişa Fatimə Zəhra ikinci görüşünü iyulun 29-da Kirsti Qilmora (Böyük Britaniya) qarşı keçirəcək.

Qrup mərhələsində yalnız birinci yeri tutan badmintonçu növbəti raunda vəsiqə qazanacaq. Paris-2024 avqustun 11-də başa çatacaq.

“Əlimdən gələni etməyə çalışdım” - Keişa Fatimə Zəhra ilk matçı ilə bağlı danışarkən deyib.

N qrupunda He Bin Çzyaoya (Çin) uduzan idmançı rəqibinin iddialı olduğunu bildirib:

O, növbəti qarşılaşmada daha yaxşı oynamağa çalışacağını söyləyib: “Bu, mənim ilk olimpiadamdır. İstər-istəməz həyacan var idi ".

Badmintonçu növbəti matçını iyulun 29-da Böyük Britaniya təmsilçisi Kirsti Gilmora qarşı keçirəcək. Paris-2024 avqustun 11-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
5
sportinfo.az

6Mənbələr