AZ

Azərbaycanlı müğənnilərin toy tarixləri açıqlandı

Müğənni Kamilə Nəbiyeva toy tarixini açıqlayıb. Pravda.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, toyu oktyabrda gerçəkləşəcək.

 

Aparıcı Aytəkin Mərdanovanın "Oktyabrın 1-də İsmayıllıda toydur" sözlərinə Kamilə "Allah bütün xanımları xoşbəxt etsin. Bu haqda danışmaq istəmirəm. Toy oktyabrda planlaşdırılıb" cavabını verib. 

 

Xanəndə Kamilə Babayevanın da toy tarixi bəlli olub.

 

Olay-ın məlumatına görə, sənətçinin iki məclisi olacaq. Oktyabrın 1-i İsmayıllıda, 7-i isə Bakıda toyu baş tutacaq.

Tarix: 27 İyul 2024, 13:21   
Seçilən
3
11
pravda.az

10Mənbələr