AZ

Mikayıl Cabbarov Gəncə İdman Sarayında yaradılmış şəraitlə tanış olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İqtisadiyyat naziri Mikayıl Cabbarov Gəncə İdman Sarayında yaradılmış şəraitlə tanış olub.
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Gəncədə sahibkarlarla görüşdən sonra dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin sərəncamı ilə inşa edilən Gəncə İdman Sarayında yaradılmış şəraitlə tanış olduq. Belə müasir idman infrastrukturunun mövcudluğu idmançıları ilə məşhur olan Gəncədə komanda və fərdi idman növlərinin gələcək inkişafına böyük təkan verəcək. Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən bütün idmançılarımıza uğurlar arzulayıram", - deyə o qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
50
oxu.az

10Mənbələr