AZ

Mourinyo “Fənərbaxça”ya xəbərdarlıq etdi

“Fənərbaxça”nın portuqaliyalı baş məşqçisi Joze Mourinyo futbolçularına xəbərdarlıq edib. Sözügedən xəbər Türkiyə mətbuatında tirajlanıb. 

Yenisabah.az xəbər verir ki, Mourinyo klub heyətinə “Luqano” ilə oyun öncəsi ciddi tapşırıqlar verib. O, ilk oyundakı qələbənin eyforiyasından çıxmağı tələb edib. 

Qeyd edək ki, İstanbul təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə İsveçrənin “Luqano” klubuna 4-3 hesabı ilə qalib gəlmişdi. “Fənərbaxça” bu il turnirin qrup mərhələsinə vəsiqə qazanmağı hədəfləyib. 


Telegram kanalımız
Seçilən
79
1
yenisabah.az

2Mənbələr