AZ

Sinner Olimpiadada olmayacaq

Dünyanın bir nömrəli raketkası, italiyalı Yannik Sinner Parisdəki Olimpiya Oyunlarında iştirak edə bilməyəcəyini deyib:

“Böyük kədər və təəssüf hissi ilə Parisdəki Oyunlarda çıxış edə bilməyəciyimi açıqlayıram. Məşqlərdən sonra özümü pis hiss etməyə başladım. Bir neçə gün dincələndən sonra müayinə edən həkim tonzillit aşkarladı və israrla oynamamağı məsləhət gördü. Olimpiadanı buraxmaq böyük məyusluqdu. Ona görə ki, bu turnir cari mövsüm üçün əsas hədəflərimdən biri idi. Çox vacib turnirdə ölkəmi təmsil etmək şərəfinə nail ola bilmədim. İtaliyanın bütün idmançılarına uğurlar arzulayıram”.

Kişilər arasında turnirin favoritlərindən biri Novak Cokoviç olimpiya kəndində yaşamayacaq. 37 yaşlı serb ulduz idmançı həmvətənlərini salamlamaq üçün kəndə baş çəkəcək, ancaq başqa yerə qalacaq. Bu qərar onunla bağlıdı ki, Tokioda olimpiya kəndində yaşamaq Cokoviçin rejimə əməl etməsinə mane olmuşdu. Çoxlu idmançı onunla şəkil çəkdirməyə can atırdı ki, bu da məşq etməsinə mane olurdu.

“Böyük dəbilqə” turnirlərinin 22 qat qalibi – ispaniyalı Rafael Nadal da Olimpiya Oyunları ilə bağlı təəssüratını bölüşüb:

“Olimpiada – dünyanın əsas idman hadisəsində iştirak etmək əladı. Bunu çox yüksək dəyərləndirirəm. Bu Oyunlar mənim üçün sonuncu olacaq. İki Olimpiadanı buraxmışam. Bu, mənim üçün “Böyük dəbilqə” turnirlərini buraxmaqdan daha ağrılı idi. 2008-ci ildə Pekində qazandığım qələbə çox vacib idi. Olimpiya kəndinə medalla dönərkən qeyri-adi duyğular yaşayırsan”.

Nadal iki dəfə olimpiya çempionu olub: Pekin-2008-də fərdi, Rio-de-Janeyro-2016-da isə cütlərin yarışında. 38 yaşlı Nadal Paris Olimpiadasında dünyanın 3-cü raketkası Karlos Alkarasla birgə cütlərin yarışında çıxış edəcək. Olimpiadanın tennis yarışlarının bu gün start götürəcəyini də xatırladaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
football-plus.az

1Mənbələr