AZ

Paris-2024-də növbəti biabırçılıq: Bu ölkənin adı səhv təqdim edildi

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində böyük qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, idmançıların paradı zamanı Cənubi Koreya Şimali Koreya kimi təqdim edilib. Bu barədə Cənubi Koreyanın İdman Nazirliyi məlumat yayıb.

Cənubi Koreya idmançılarının olduğu gəmi parada 48-ci gırib. Fransız və ingilis dillərində təqdimat edən diktor ölkəni Koreya Xalq Demokratik Respublikası kimi təqdim edib. Ancaq yayım zamanı təqdim edilən titr məlumatında Cənubi Koreyanın adı düzgün olub.

Paradda qayığı 153-cü olan KXDR idmançılarının təqdimatı zamanı heç bir səhv olmayıb

Buna görə də açılış mərasimində iştirak edən sözügedən ölkənin idman nazirinin ikinci müavini Canq Mi-Ran Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxla görüşmək istəyir. Nümayəndə heyətinin rəhbəri BOK və yerli təşkilat komitəsindən hadisə ilə bağlı izahat tələb edir.

“Biz həmçinin Xarici İşlər Nazirliyindən Fransaya hökumət səviyyəsində ciddi şikayət göndərməyi xahiş etmişik. Koreya Olimpiya Komitəsi dərhal Paris Təşkilat Komitəsinə müraciət edərək, belə hadisələrin bir daha təkrarlanmaması üçün rəsmi etirazını bildirəcək. Komitə BOK ilə də görüşəcək”. - deyə nazirliyin bəyanatında bildirilib.

Seçilən
10
48
publika.az

10Mənbələr