AZ

“Şamaxı”nın yeni transferi sıradan çıxıb

“Şamaxı”nın yay transfer dönəmində heyətinə qatdığı fransalı yarımmüdafiəçi Brahim Konte zədələnib.

İdman.bizin əldə etdiyi məlumata görə, 28 yaşlı futbolçu hazırlıq dönəmində xəsarət alıb.

Bu səbəbdən o, 12 gündür müalicə alır. Futbolçunun 2-3 gündən sonra komanda ilə məşqlərə başlaması gözlənilir. Kontenin Azərbaycan Premyer Liqasının 1-ci turunu buraxacağı isə dəqiqdir.

Qeyd edək ki, “Şamaxı” Premyer Liqanın ilk turunda avqustun 4-də “Sabah” ilə üz-üzə gələcək.

Seçilən
7
3
musavat.com

4Mənbələr