AZ

Paris-2024: İlk medal dəstinin sahibləri müəyyənləşdi

Çinli atıcılar Şenq Lihao/Yutinq Huanq qarışıq 10 metrdən pnevmatik tüfənglə atıcılıq yarışında Olimpiya çempionu olublar. Paris-2024-də ilk medal dəstinin sahibləri müəyyənləşib. Matc.az xəbər verir ki, çinli atıcılar Şenq Lihao/Yutinq Huanq qarışıq 10 metrdən pnevmatik tüfənglə atıcılıq yarışında Olimpiya çempionu olublar. Cənubi Koreyalı Çi Hyun Keum və Ha Çun Park gümüş medal qazanıblar. İslam Satpayev və Aleksandra Ledən ibarət Qazaxıstan millisi isə bürünc medala sahib olub. Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.    

Seçilən
51
matc.az

1Mənbələr