“Şamaxı”nın yay transfer dönəmində heyətinə qatdığı fransalı yarımmüdafiəçi Brahim Konte zədələnib.
KONKRET.az xəbər verir ki, 28 yaşlı futbolçu hazırlıq dönəmində xəsarət alıb.
Bu səbəbdən o, 12 gündür müalicə alır. Futbolçunun 2-3 gündən sonra komanda ilə məşqlərə başlaması gözlənilir. Kontenin Azərbaycan Premyer Liqasının 1-ci turunu buraxacağı isə dəqiqdir.
Qeyd edək ki, “Şamaxı” Premyer Liqanın ilk turunda avqustun 4-də “Sabah” ilə üz-üzə gələcək.