AZ

ABŞ-li səyyah: Beynəlxalq ictimaiyyət mina probleminin həlli üçün mütləq birləşməlidir

Beynəlxalq ictimaiyyət mina problemini həll etmək və mina qurbanların sayının mümkün qədər azalması yollarını müəyyənləşdirmək üçün bir araya gəlməlidir.

APA xəbər verir ki bu barədə Qarabağa səyahət edən ABŞ-dan olan səyahətçi Lakşmi Partasarati bildirib.

O, Azərbaycanın beynəlxalq ictimaiyyətin diqqətini işğaldan azad edilmiş ərazilərdəki mina probleminə yönəltməklə düzgün yolda olduğunu qeyd edib.

“Mən mina problemindən əziyyət çəkən bir çox ölkələrdə olmuşam. Beynəlxalq ictimaiyyət bu problemi həll etmək üçün mütləq birləşməlidir”, - L.Partasarati deyib.

Səyyah səfəri barədə danışarkən səyahətin yaddaqalan olduğunu vurğulayıb:

“Bu, füsunkar bir neçə gün oldu. Azərbaycanda əvvəllər heç vaxt olmamışdım, ölkəniz çox gözəldir, buradakı insanlar isə çox qonaqpərvərdirlər. Azərbaycana yenidən səfər etmək və burada daha çox qalmaq istərdim. Böyük ölkədir görüləsi çox şey var. Mən səfərimdən əvvəl Azərbaycan barədə çox da bilmirdim sadəcə bəzi məlumatlar oxumuşdum. Ölkəni kəşf etmək, öyrənmək üçün çox həyəcanlıyam".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
apa.az

1Mənbələr