Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin 6 idmançısı mübarizəyə qoşulub.
Yığmamız Fransa paytaxtına ümumilikdə 48 idmançı ilə yollanıb. Ölkəmiz 15 növ üzrə 17 proqramda təmsil olunur.
25 iyul
Yaylagül Ramazanova (kamandan oxatma) – sıralama turunda 39-cu yer, 1/32 finala iştirak edəcək
27 iyul
Keişa Fatimə Zəhra (badminton) – qrup mərhələsində 1 məğlubiyyət
Leyla Əliyeva (cüdo, 48 kq) – 1/16 finalda məğlubiyyət
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – təsnifatda qrupda 3-cü yer, 1/4 finala adlayıb
Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 10 m) – təsnifatda 24-cü yer
Balabəy Ağayev (cüdo, 60 kq) – 1/8 finalda məğlubiyyət
Qeyd edək ki, Olimpiadaya avqustun 11-də yekun vurulacaq.
İdman.biz