AZ

Balabəy və Leyda uduzdu - Paris-2024

Cüdoçularımız bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar.

"Football-plus.az" xəbər verir ki, ilk olaraq tatamiyə 48 kq. çəki dərəcəsində yarışan Leyla Əliyeva çıxıb. Mübarizəyə 1/16 finaldan başlayan idmançımızın rəqibi Xalimajon Qurbanova (Özbəkistan) olub. Cüdoçumuz vaza-ari xalı ilə uduzaraq (0:1) Paris-2024-də mübarizəni elə ilk görüşdən sonra dayandırıb.

Daha sonra mübarizəyə ilk mərhələdən azad olan Balabəy Ağayev (60 kq) qoşulub. Avropa çempionatının gümüş mükafatçısı mübarizəyə 1/8 finaldan başlayıb. Onun rəqibi Asiya çempionu Von Jin Kim (Cənubi Koreya) olub.

Əsas vaxtda qalib müəyyənləməyib. Əlavə vaxtda isə Ağayev üçüncü cərimə xalı alıb. Bununla da Koreya idmançısı qalib elan edilib. Beləliklə, Balabəy də mübarizəni erkən başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
football-plus.az

2Mənbələr