AZ

Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?

“Guya orada “gül gülü çağırır, bülbül bülbülü…”

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının açılış mərasimi dünyada tənqid olunur. Demokratiyadan bəh-bəhə ilə danışan Makron Fransası açılış öncəsi Parisdəki mühacirləri şəhərdən çıxarıblar. Bu da ciddi tənqidlərə tuş gəlib.

Yay Olimpiya Oyunları Fransanın bu yarışmanı təşkil etməyə hazırlıqlı olmadığını da üzə çıxarıb. Belə ki, paytaxtda nəqliyyatda xaos yaranıb, şəhərdə kütləvi qarət halları qeydə alınıb. Xüsusilə, dünya şöhrətli veteran futbolçu Zikonun 500 min avroluq qarətə məruz qalması media aləmini zəbt edib. Bu azmış kimi avstriyalı qadın da zorakılıqla üzləşib.

Olimpiya oyunlarının açılışı da bərbad olunub. Xristian ölkələri dinlərinin təhqir olunmasına da etiraz edirlər.

Futbol

Tanınmış idman yazarı Natiq Muxtarlı Azərbaycan Gənclər və İdman Nazirliyinin Parisdən verdiyi açıqlamalara öz etirazını bildirib: “Xarici mətbuatı izləyirəm. Hər kəs bu açılışdan narazıdır. Xüsusilə, sonuncu şam yeməyini transların keçirməsi ciddi etiraz yaradıb. Bu xristianlığa təhqir kimi qəbul olunub. Təşkilatçılıq tam bərbad vəziyyətdə idi. Bizim Gənclər və İdman Nazirliyi özünə yaxın jurnalistləri ora aparıb. Onlar da oradan bura tərif ötürürlər. Sanki Azərbaycan idmançıları başqa yerə gediblər, dünya idmançıları da tamam fərqli yerə. Dünya idmançıları yazır ki, burada hər şey bərbaddır, avtobuslarda kondisonerlər yoxdur, yemək çatışmır. Otelləri göstərirlər, yataqlar çox pis bir vəziyyətdədir. Hətta Fransanın Cüdo Federasiyasının prezidenti açıqlama verib ki, zallar hamısı tozun içərisində itib batır. Açıq şəkildə bu açıqlamalardan görünür ki, Franda bu olimpiadanı keçirməyə hazır deyil. Təşkilatçılıq sıfır vəziyyətindədir. Təsəvvür edin ki, dünya səviyyəli bir insanı-Zikonu orada qarət ediblər. Orada oğurluqlar baş alıb gedir. Amma Azərbaycan nümayəndə heyətinin, ora aparılan jurnalistlərin açıqlamalarına baxıram, guya orada “gül-gülü, bülbül-bülbülü çağırır”. Dünya ictimaiyyəti ilə Azərbaycan gənclər və idman nazirinin fikirləri üst-üstə düşmür. Görünən odur ki, Fransa bu yarışmanı ümumiyyətlə keçirməyə hazırlaşmayıb. Bir sözlə pul xərcləmək istəməyiblər. Niyyətləri ancaq pul qazanmaqdır. Ona görə tətillər, oğurluq baş alıb gedir. Təxribatları da gördünüz, kiber hücumlar oldu, qatarların fəaliyyəti dayandı. Fransada xaos hökm sürür. Amma təəssüflər olsun ki, Gənclər və İdman Nazirliyimiz başqa məlumatlar verir. Guya Parisdə hər şey qaydasındadır. Dünya ictimaiyyətinin fikirləri ilə desək, Fransada hər şey qaydasında deyil”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
musavat.com

2Mənbələr