AZ

Dünya çempionu formallığı aradan qaldırdı

Olivye Jiru çoxdan gözlənilən addımı atıb.

"Football-plus.az" xəbər verir ki, Fransa millisinin sabiq hücumçusu yeni klubu “Los Anceles”lə müqavilə imzalayıb.

ABŞ klubunun mətbuat xidmətinin məlumatına görə, MLS təmsilçisinə azad agent kimi keçən 37 yaşlı oyunçu ilə imzalanan müqavilənin müddəti 2025-ci il dekabrın 31-dək nəzərdə tutulub. Olivye “Los Anceles”də “9” nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, dünya çempionunun sonuncu klubu 2023/24 mövsümünün sonunda ayrıldığı “Milan” olub. Jiru İtaliya klubunda üç il çıxış edib.

Seçilən
42
football-plus.az

1Mənbələr